success closed Loading...

Siyahıyaalmanın nəticələrinə görə Yaponiyada əhali 0,8 faiz azalıb

Yaponiyada 1920-ci ildən başlayaraq keçirilən ümummilli siyahıyaalınmaya görə ilk dəfə əhalinin sayında azalma qeydə alınıb.

Bu barədə Admiral.az xarici mediaya istinadən xəbər verir.

Ötən il keçirilmiş siyahıyaalma zamanı məlum olub ki, 2015-ci il oktyabrın 1-nə olan vəziyyətə görə Gündoğar ölkədə 127 milyon 900 min nəfər yaşayır. Bu isə o deməkdir ki, əhalinin sayı sonuncu dəfə 2010-cu ildə keçirilən siyahıyaalmanın nəticələri ilə müqayisədə 0,8 faiz azalıb.

NHK televiziya kanalının yaydığı məlumata görə, ölkə əhalisinin yaşı 65-dən yuxarı olan hissəsi ümumi əhalinin 26,6 faizini təşkil edib. İlk dəfə Yaponiya əhalisinin 25 faizdən çoxu bu yaş qrupuna düşüb.