success closed Loading...

"Suriyaya görə nə mən, nə də Obama üzr istəyəcək" - Kerri

ABŞ-ın dövlət katibi Con Kerri Suriya münaqişəsinin həyatı boyu qarşılaşdığı ən ağır diplomatik problem olduğunu dilə gətirib.

O, məsələnin həlli yolunun tapacaqlarına ümid etdiyini deyib:

"İnanıram ki, sonda biz II dünya müharibəsindən bəri ən ağır humanitar böhranın həlli yolunu tapa biləcəyik. Bu böhranı qaçqınlara sadəcə çek yollamaqla həll etmək mümkün deyil”.

Kerri bildirib ki, münaqişənin nizama salınmasının yeganə yolu seçkilər, keçid hökuməti, Suriyanın bütövlüyü, bütün azlıqların hüquqlarına hörmət etmək, dövlətin dünyəviliyidir:

"Biz bu zirvələri fəth edə bilsək, o zaman nə mən, nə də prezident Obama bu müharibəni bitirmək üçün səlahiyyətimizdə olan diplomatik mexanizmlərdən istifadə etdiyimiz üçün üzr istəyəcəyik".