success closed Loading...

Türkiyədə qan donduran cinayət - ana 10 yaşlı oğlunu öldürtdürüb su quyusuna atdı + FOTOLAR

Türkiyə ana sevgilisinə görə, oğlunu öldürtdü.

Admiral.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iki oğul anası sevgilisi ilə əlbir olub və oğlunu ona boğdurub.

Məhkəmədə ifadə verən ana deyib ki, əri ola-ola 6 il başqa biri ilə görüşüb. Hətta, sevgilisi ona yaxın olmaq üçün qadının evinin yanında kirayə ev də tutub.

Qadının sevgilisi ifadəsində vurğulayıb ki, qadın əri evdə olmayanda həmin evə gedərmiş və ya o, qadıngilə gələrmiş.

"Bir gün yenə görüşəndə 10 yaşlı Beretcan bizi gördü. Anası oğlunun bizim aramızda yaşananlar barədə ərinə xəbər verəcəyini deyib, məndən onu aradan götürməyimi istədi. Mən də onu öldürdüm", - deyə qatil bildirib.

Qeyd edək ki, Beretcanın cansız bədəni 15 günlük axtarışlardan sonra su quyusunda tapılıb.

Nabat 

  • news detail
  • news detail
  • news detail
  • news detail
  • news detail