success closed Loading...

Tehran yer üzündən silinəcək - PROQNOZ

icon datetime27.10.2016 11:38 icon comment0 icon visitor185
shadow

“Yaxın 15-20 ildə İranda dəhşətli zəlzələ meydana gələcək. Bunun nəticəsində paytaxt Tehran yer üzündən silinə bilər”.

Admiral.az xəbər verir ki, bu barədə “seysmologiyanın atası” adlandırılan tanınmış seysmoloq Bahram Akkaşe bəyan edib.

Bahram Akkaşe 1830-cu ildə İranın şərqində 7,1 bal gücündə dəhşətli zəlzələ meydana gəldiyini xatırladaraq deyib ki, bu cür dəhşətli zəlzələnin yenidən baş verməsi gözlənilir:

“Adətən, bu cür dəhşətli zəlzələlər 200 ildən bir təkrarlanır. Ona görə də yaxın 15-20 ildə Tehranda yenidən güclü zəlzələ baş verməsi gözlənilir. Bunun üçün də məsləhət görürəm ki, paytaxt Tehran daha təhlükəsiz ərazilərə köçürülsün. Bu yaxınlarda İran və Yaponiya hökumətləri arasında seysmoloji xidmət sahəsində əməkdaşlıq sazişi imzalanıb. Bunun üçün də Yaponiyadan olan mütəxəssislər Tehranın seysmoloji aktivlik müşahidə olunan ərazilərinin xəritəsini hazırlayıb. Həmin xəritə İran tərəfinə təqdim olunub. Hətta, Tehran şəhər meri bu xəritəni görüb şoka düşüb. Çünki Tehranda zəlzələ olarsa, bu milyonlarla insanın ölümünə səbəb olacaq. Bu baxımdan Tehran meri də şəhər əhalisinin indidən köçürülməsinə müsbət baxır”.