success closed Loading...

Barak Obamanın prezidentlikdən sonrakı vəzifəsi nə olacaq?

icon datetime26.10.2016 11:55 icon comment0 icon visitor285
shadow

ABŞ prezidenti Barak Obama vəzifədən getdikdən sonra “Silikon vadisi”ndə, yüksək texnologiyalar sahəsində işləyə bilər.

Admiral.az-ın məlumatına görə, bu barədə “The New York Times” qəzeti yazır. Xəbərdə deyilir ki, ötən il Obamaya yaxın şəxslər Kaliforniyadakı Yüksək Texnologiyalar Mərkəzinə baş çəkiblər və bir sıra məsələlərlə maraqlanıblar. Buna səbəb isə Barak Obamaya gələcək həyatını planlaşdırmasında kömək etməkdir.

“The New York Times”ın məlumatına əsasən, Amerika prezidentinin bir çox həmkarları “Uber”, “Amazon”, “GoFundMe” və “Apple” kimi şirkətlərdə işləyirlər. Agentlik həmçinin, Obamanın kosmik sahə ilə də maraqlandığını, onun bu sahə üzrə işləyə biləcəyini də qeyd edib.

“Ağ evi”in əməkdaşları isə Barak Obamanın gələcək planlarını şərh etməkdən imtina ediblər. Obamanın keçmiş köməkçisi Fil Larson Barak Obamanı ümumi olaraq texnologiya sahəsilə maraqlanan şəxs kimi xarakterizə edib.

Qeyd edək ki, Barak Obamanın 2009-cu ilin yanvarın 20-dən ABŞ-da prezident vəzifəsinə gəlib və onun prezidentlik müddəti gələn ilin 20 yanvarında başa çatır.

Nabat Cəfərova