success closed Loading...

“WhatsApp”da videozəng dövrü başlayır

“Facebook” şirkətinə məxsus “WhatsApp” messenceri tədricən “Android” platforması ilə işləyən qurğularda videozəng funksiyasını aktivləşdirir.
 
Admiral.az ICTnews-a istinadla xəbər verir ki, artıq “WhatsApp” messencerinin ən son beta versiyasında (2.16.318) kamera vasitəsilə ünsiyyət saxlamaq olar, amma internetdən “APK” faylını yükləmək lazımdır.
 
Yaxın günlərdə videozəng funksiyasının geniş kütlə üçün əlçatan ediləcəyi gözlənilir.
 
Danışıq zamanı səsi alaraq smartfonun arxa və ön kameraları arasında keçid etmək olar.