success closed Loading...

“Balotelli əla fubtolçudur, amma axmaqdır” - Mançini

İtaliyanın “İnter” klubunun və “Qalatasaray”ın keçmiş baş məşqçisi Roberto Mançini maraqlı açıqlamalarla diqqət çəkib.

Yerli mətbuata müsahibələrindən birində o, keçmiş tələbəsi Balotelli haqqında danışıb.

“Balotelli sadəcə, dəlidir. Təxminən oğlumla bir yaşdadır. Ona çox gənc yaşlarında A seriyasında debüt etmək imkanını mən vermişəm. Çox yaxşı insan və əla futbolçudur, ancaq bir az axmaqdır. Ümid edirəm ki, “Nitsa”da yenidən formasını bərpa edəcək və milli komandaya dəvət alacaq” – deyə o, bildirib.

Qeyd edək ki, ikili "İnter"də ikən tez-tez münaqişələrlə diqqət mərkəzinə gəlirdi.