success closed Loading...

"Neftçi"nin futbolçusundan tərbiyəsizlik - VİDEO

Topaz Premyer Liqanın 9-cu turunda keçirilən "Neftçi" - "Qarabağ" görüşünün sonlarına yaxın gərgin anlar yaşanıb.

Ağdam klubunun ikinci qolundan sonra ev sahibi komandanın azarkeşlərindən biri meydana daxil olub. O, "Neftçi"nin futbolçusu Katalin Tiraya narazılığını bildirib. Bundan sonra K.Tira azakeşə hücum edərək ona zərbə vurub.

Bu hərəkətinə görə oyunun baş hakimi Ramil Diniyev K. Tiraya qırmızı vərəqə göstərib. Azarkeş isə meydandan uzaqlaşdırılıb.

Futbolumuzdakı bu rəzalətin videosunu təqdim edirik.