success closed Loading...

İmişliyə qar yağdı

icon datetime27.10.2016 17:50 icon comment0 icon visitor358
shadow

İmişli sakinləri son 60 ildə görünməyən təbiət hadisəsinin şahidi olublar.

Admiral.az xəbər verir ki, payız fəsli olmağına baxmayaraq rayon ərazisinə qar yağıb.

Səhər saatlarından yağan sulu qar sonradan qara çevrilib. Hazırda İmişlidə qış abu-havası müşahidə olunur. Ruslan Şahbazov - rayon sakini: "Qarın yağmağı, havanın təmizliyi başqa məsələ, amma mənim 60 yaşım var və indiyə qədər oktyabrda qar görməmişik".

İmişlinin ağ örpəyə bürünməsinə səbəb olan təbiət hadisəsi rayon sakinlərini də təəccübləndirib. Fərahim Nəzərov - rayon sakini: "Yanvar ayında elə olub ki, biz qar üzünə həsrət qalmışıq. Oktyabrda isə qar yağmağı bizə təəccüblü gəlir. Buna baxmayaraq çox sevincliyik".

İlin bu fəslində yağan qar kənd təsərrüfatının bəzi sahələri üçün faydalı olsa da, bir tərəfdan də ziyanlıdır. Ruslan Şahbazov - rayon sakini: "Taxıla xeyri var, ancaq pambığa ziyandır. Çuğundurun yetişən vaxtıdır. Camaatın məhsul toplamağına problem yaradır".