success closed Loading...

Səhiyyə Nazirliyindən 2 yaşlı uşağın ölümü ilə bağlı - Açıqlama

icon datetime27.10.2016 17:11 icon comment0 icon visitor288
shadow

Səhiyyə Nazirliyi “Oksigen” klinikasında 2 yaşlı Məhəmməd Həsənlinin ölüm faktı ilə əlaqədar hər hansı araşdırma aparmır.

Admiral.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hadisənin baş verdiyi müəssisə özəl olduğundan araşdırmanın aparılması üçün ya mərhumun qohumları, ya da hüquq-mühafizə orqanları Səhiyyə Nazirliyinə müraciət etməlidir. Lakin indiyədək nə mərhumun yaxınları, nə də hüquq-mühafizə orqanları tərəfindən nazirliyə müraciət daxil olmayıb. Bu səbəbdən də Səhiyyə Nazirliyi özəl klinikada baş vermiş hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır.

Qeyd edək ki, azyaşlının dünən “Oksigen” klinikasında cərrahiyə əməliyyatı zamanı öldüyü deyilir.(trend)