success closed Loading...

3 yaşlı Əlinin sizə ehtiyacı var - FOTO

Ağır xəstəlikdən əziyyət çəkən 3 yaşlı Əli Hüseynovun köməyə ehtiyacı var. Qan xərçəngindən əziyyət çəkən Əlinin ailəsi onu müalicə etdirmək imkanında deyil.

Ağır xəstəlikdən əziyyət çəkən 3 yaşlı Əli Hüseynovun köməyə ehtiyacı var.

Admiral.az-ın məlumatın agörə,  qan xərçəngindən əziyyət çəkən Əlinin ailəsi onu müalicə etdirmək imkanında deyil. Uşağın atası Taleh Hüseynov deyir ki, onun müalicəsi üçün 75 min ABŞ dollar (122182 AZN) lazımdır. 

"Biz Əlidə qan xərcənginin olduğunu 10 gün bundan əvvəl bilmişik. İlk dəfə uşaq poliklinikalarından birində onun qan analizini verəndə bildik, daha sonra Qan İnstitutunda da xəstəliyi təsdiqlədilər. Həmin gün Türkiyədə yerləşən  "Gazi Osman Paşa" xəstəxanasından bir həkimlə danışdıq və həkim müalicəni boynuna götürdü. Həkim dedi ki, uşağımı mənə sağlam qaytaracaq. Lakin bunun üçün kifayət qədər pul tələb olunur, mənsə fəhlə adamam, o qədər pulum yoxdur. İmkanlı şəxslərdən bizə yardım etməklərini istəyirəm", - deyə Taleh hüseynov bildirdi.

Aldığımızın məlumata görə, evin böyüyü olan Əlinin özündən başqa bir balaca bacısı da var. Gəlin, bu balaca Əliyə bacardığımız köməyi edək ki, bacı qardaşsız, valideynlər isə övladsız qalmasınlar!!!

BANK HESABI – 380194401052505601 (Bank Respublika)

Şəxsiyyət vəsiqəsinin seriyası - 13711665

Əlaqə nömrələri – (055) 549-14-92
(070) 609-38-94 (Atası Taleh Hüseynov)

news-detail