success closed Loading...

Qarabağın azad olunmasının qarşısını alan hadisə

icon datetime27.10.2016 19:00 icon comment0 icon visitor953
shadow

Bu gün Ermənistan parlamenti gülləbaran edilməsindən 17 il ötür.

Admiral.az publika.az-a əsasən xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində yaranmış irəliləyişin qarşısını almaq üçün bir qrup erməni terrorçu 1999-cu ilin 27 oktyabr tarixində Ermənistan parlamenti gülləbaran etdilər.

1998-ci ildə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin həllinə razılıq vermişdi.

“Mərhələli həll” variantı üzrə işğal altındakı ərazilərin azad olunacaqdı. Lakin 1998-ci ilin 3 fevral tarixində “Qarabağ klanı”nın üzvləri olan baş nazir Robert Koçaryan, müdafiə naziri Vazqen Sarkisyan və daxili işlər və milli təhlükəsizlik naziri Serj Sarkisyanın təzyiqi ilə istefa verməyə məcbur edildi. Adıçəkilən şəxslər işğal olunmuş ərazilərin qaytarılmasına qarşı çıxırdılar. 1998-ci ilin mart ayında Robert Koçaryan prezident postuna yiyələndi.

Bir il sonra – 1999-cu il oktyabrın 27-də Naira Unanyan və onun rəhbərlik etdiyi qrupun üzvləri parlamentin iclasına daxil olaraq, baş naziri, spikeri, vitse-spikeri və deputatları gülləboran etdilər. Məlumatlara görə, parlamentin iclasına hücumun məqsədi də məhz Qarabağ münaqişəsinin həllində yaranan irəliləyişin qarşısının alınması idi.

Həmin vaxtdan başlayaraq, indiyə kimi Ermənistanın kriminal-avtoritar rejimi münaqişənin həll olunmaması üçün bütün vasitələrə əl atır.