success closed Loading...

Azərbaycan prezidenti çexiyalı həmkarını təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev çexiyalı həmkarı Miloş Zemanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Admiral.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, ölkənizin milli bayramı münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Çexiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcək. Bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və firavanlıq arzulayıram”.