success closed Loading...

Rusiya Ermənistanın tanklarını modernləşdirir - Ramiz Mehdiyev

icon datetime27.10.2016 18:05 icon comment0 icon visitor370
shadow

Ermənistan və Rusiya “Т-72” tipli tanklarının modernləşdirilməsi üzrə genişmiqyaslı proqrama başlayıb.

Admiral.az erməni KİV-nə istinadən xəbər verir ki, tanklar “T-72B4” səviyyəsinə qədər modernləşdiriləcək. 

“Tankların modernləşdirilməsi prioritet istiqamətdir. Proses Ermənistan tərəfənin bizim tərəfdaşlarla birgə əməkdaşlıq şəklində həyata keçirilir. Hazırda Silahlı Qüvvələrimizdə olan “T-72” tipli tanklar dünyada olan ən sonuncu səviyyəyə qədər yüksəldilləcək”, - deyə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arçurun Ovvanisyan bildirib.