success closed Loading...

Səfir: - Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlıq formatı yaradılır

icon datetime27.10.2016 11:35 icon comment0 icon visitor327
shadow

Ankara üçtərəfli əməkdaşlıq formatlarının sadəcə iqtisadi deyil, siyasi nəticələr verməsini də gözləyir.

Admiral.az xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Erkan Özoral deyib.

Səfirin sözlərinə görə, üçtərəfli formatlar üç ölkə arasında siyasi və iqtisadi əlaqələri yeni səviyyəyə çıxararaq, regional inkşafa ciddi dəstək verəcək.

Azərbaycan və Türkiyənin digər ölkələrlə həyata keçirdiyi üçtərəfli əməkdaşlıq formatlarının əhəmiyyətini qeyd edən diplomat bildirib ki, belə formatda əməkdaşlıq ölkələrin xalqlarına daha böyük fayda verəcək:

“Bunun ən yaxşı nümunəsi Gürcüstanla olan üçtərəfli formatdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin üç ölkəyə qazandırdığı ortadadır. İnşası davam edən və yaxın zamanlarda tamamlanması gözlənilən Bakı-Tbilsi-Qars dəmir yolu layihəsinin üç ölkəyə, həmçinin bütün Avrasiyaya fayda verəcəyi hamıya məlumdur”.

E.Özoral diqqətə çatdırıb ki, eyni formatda İranla əməkdaşlıq da hər üç ölkənin xalqlarının xeyrinə olacaq.

Səfirin sözlərinə görə, Türkiyənin Orta Asiyaya gedən yolları diversifikasiya etməsi ilə Azərbaycan bu istiqamətdə əsas məntəqə olacaq: “Bütün bunlar Xəzər dənizindəki gəmi daşımaları, Ro-Ro səfərlər, regiondakı dəmir yolu daşımalarına müsbət təsir edəcək”.

O əlavə edib ki, üçtərəfli əməkdaşlıq bir tərəfdən üçtərəfli iqtisadi əməkdaşlığın inkişafına dəstək verəcək, digər tərəfdən, üç ölkənin münasibətlərini gücləndirərək ölkələri siyasi baxımdan bir-birinə daha da yaxınlaşdıracaq: “Bütün bunlar regionda sülh və əmin-amanlığa çox böyük dəstək verəcək”.

Diplomatın sözlərinə görə, son zamanlar Türkiyə, Azərbaycan və Rusiya arasında üçtərəfli əməkdaşlıq formatının yaradılması üzərində iş aparılır.