success closed Loading...

Ermənilər işğal altında olan Azərbaycan ərazilərində hərbi təlimə başlayıblar

icon datetime27.10.2016 16:37 icon comment0 icon visitor241
shadow

Erməni hərbi birləşmələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimlər keçirir. 

Admiral.az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri cəbhə xəttinin Tərtər istiqamətində keçirdiyi irimiqyaslı təlimdə ağır artilleriyadan istifadə edir.

Təlim zamanı toplardan açılan atəş səsləri Tərtərlə yanaşı ətraf rayonlarda da eşidilir.

Təlim keçirilən zaman Bərdə rayonunda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberə də bu barədə məlumat verilib.