success closed Loading...

Canlı yayım saxta çıxdı

icon datetime27.10.2016 12:15 icon comment0 icon visitor279
shadow
Dünən facebookda Beynəlxalq Kosmik Stansiyadan paylaşılan və 3 saat davam edən canlı yayım milyonlarla like alıb və paylaşılıb. Amma, çox keçməyib ki, günün ən çox paylaşılan xəbərlərindən olan bu canlı yayımın saxta olduğu üzə çıxıb. Gün ərzində LiveUSA, INTERESTINATE və UNILAD kimi məşhur facebook səhifələrində milyonlarla like və paylaşım alan video bəzi istifadəçilərdə şübhə yaradıb. 
 
Admiral.az xarici mediaya əsasən xəbər verir ki,NASA-nın rəsmi saytında və fb səhifəsində bu gün üçün heç bir canlı yayım xəbərinin olmaması isə bu şübhələrin əsaslı olduğunu göstərib.
 
 ABŞ-ın böyük xəbər portalı Mashable NASA ilə əlaqəyə keçib və onlara bu gün BKSdən heç bir canlı yayımın baş tutmadığı bildirilib. 
 
Sonrakı saatlarda isə canlı yayımın əslində 2013-cü ildə rus kosmonavtları tərəfindən çəkilən video olduğu üzə çıxıb.
 
Saxta canlı yayımdan bəzi səhifələr yararlanıb. Viral Usa adlı 75 min izləyicisi olan facebook səhifəsi bir gün içində yarım milyon insan tərəfindən bəyənilib.