success closed Loading...

Balakənda yanğın baş verdi

Balakən rayonunda yanğın hadisəsi qeydə alınıb.

Admiral.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə rayonun Qullar kəndində baş verib. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə və içərisində olan köhnə ev əşyaları yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.

Nabat