success closed Loading...

Yasamalda ağır yol qəzası - qadın piyada öldü

Bakıda ağır yol qəzası baş verib.

Admiral.az-ın məlumatına görə, Yasamal rayonu ərazisində "London Taxi TX4" markalı, 90 AT 351 dövlət qeydiyyat nişanlı minik avtomobili qadını vurub.

Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb. Araşdırmalardan sonra London taksisinin vurub öldürdüyü qadının Məmmədova Rüxsarə Yusif qızı olması müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.