success closed Loading...

Bakıda dərsə gedən tələbənin başına iş gəlib

Azəbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bədbəxt hadisə baş verib.

Admiral.az xəbər verir ki, ADPU-də təhsil alan Bərdə rayon sakini, 1996-cı il təvəllüdlü Mustafayeva Tahirə Nazim qızı təhsil müəsisəsində pilləkənlərlə yuxarı qalxarkən ayağı sürüşüb.

Nəticədə T.Mustafayeva pilləkənlərdən yıxılaraq kəllə-beyin travması alıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, vəziyyəti stabil-ağırdır.

20 yaşlı tələbənin pilləkənlərdən qalxarkən ayağının sürüşməsinə səbəb kimi orada aparılan təmir işləri göstərilir. Belə ki, pilləkənlərın üzərinə sürüşkən mayenin töküldüyü müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.(Report)