success closed Loading...

Yaponiya şirkəti “Azərikimya”da yeni qurğuların tikintisində iştirak edə bilər

icon datetime27.10.2016 18:20 icon comment0 icon visitor228
shadow

Bu gün SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinində iki günlük seminar-treninq çərçivəsində Yaponiyanın “Hitachi” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

Admiral.az SOCAR-dan verilən məlumata əsasən xəbər verir ki, , “Azərikimya”nın Müşahidə Şurasının sədri Muxtar Babayev İstehsalat Birliyində görülən işlər və perspektiv layihələr haqqında geniş məlumat verib. Sumqayıtın Azərbaycanın ikinci böyük şəhəri və sənaye mərkəzi olduğunu qeyd edən M. Babayev Kimya Sənaye Parkı və parkın ərazisində tikilən zavodlar haqqında söhbət açmış, slaydlar vasitəsilə kimya sənayesinin gələcək perspektivləri haqqında nümayəndə heyətini məlumatlandırıb.

Nümayəndə heyətinin üzvləri “Azərikimya” İB-də modernizasiya işlərində və yeni qurğuların tikintisində “Hitachi” şirkətinin də yer almasında və qarşılıqlı-faydalı əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Görüşdən sonra SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-tədris Mərkəzində yapon şirkətinin mütəxəssisləri tərəfindən “Hitachi kompressor texnologiyaları” mövzusunda iki günlük treninqə start verilib.

Treninqdə “Azərikimya”nın Etilen-polietilen zavodunun müxtəlif istehsalat sahələrində çalışan 10 nəfər mütəxəssis, eləcə də SOCAR-ın müvafiq strukturlarının əməkdaşları iştirak edirlər.

Treninq başa çatdıqdan sonra iştirakçıların bilikləri yoxlanılacaq və mənimsəmə dərəcələrinə uyğun olaraq sertifikatlar təqdim ediləcək.
 

news-detail

news-detail