success closed Loading...

İqtisadiyyat naziri Gürcüstana gedir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edilməsi məqsədilə iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 27-28-də Gürcüstanda səfərdə olacaq.

Admiral.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, səfər zamanı Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçiriləcək, Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparılacaq.