success closed Loading...

Azərbaycan südünün Rusiyaya buraxılmasına - İCAZƏ VERİLDİ

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") Azərbaycanın "Milk-Pro" şirkətinin 16,06 ton süd məhsullarının RF-yə gətirilməsinə icazə verib.

Admiral.Az bildirir ki, bu barədə "Rosselxoznadzor"dan məlumat verilib.

Federal Xidmətdən bildiriblər ki, "Milk-Pro" şirkəti həqiqətən də attestasiyadan keçib və Gömrük İttifaqının ərazisinə tədarük üçün (süd və süd məhsulları) icazəsi var:

"Lakin bundan əvvəl məhsulların markalanması və gömrük rəsmiləşdirilməsi ilə bağlı bir sıra pozuntular var idi. Bununla əlaqədar olaraq, Azərbaycanın Dövlət Baytarlıq Nəzarət Xidməti "Rosselxoznadzor"a zəmanət məktubu göndərib. Beləliklə, ötən gün müvafiq qərarın qəbulundan sonra "Milk-Pro"nun yükü Rusiya ərazisinə buraxılıb".