success closed Loading...

Gənc rejissorumuzun filmi Beynəlxalq Film Festivalına dəvət alıb - FOTO

Zamin Məmmədovun “Onun atası” filmi Hindistanın 5-ci Delhi Beynəlxalq Film Festivalına dəvət alıb.

Admiral.az-ın məlumatına görə, Film festivalın qısametrajlı bədii filmlərin əsas müsabiqə proqramında yer alıb. Festival dekabrın 3-dən 9-dək Yeni Dehli şəhərində keçiriləcək.

“Onun atası” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

Filmin ssenari müəllifi Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırıblar.

Qeyd edək ki, filmin beynəlxalq premyerası İtaliyanın 17-ci “Asiatica, Encounters with Asian Cinema” film festivalında baş tutub.

news-detail

Nabat Cəfərova