success closed Loading...

“Fuad Poladov teatrdan getməyib” - RƏSMİ AÇIQLAMA

icon datetime27.10.2016 12:32 icon comment0 icon visitor254
shadow

Akademik Milli Dram Teatrı xalq artisti Fuad Poladovun teatrdan istefa verməsi haqqında yayılan məlumatlara aydınlıq gətirib.

Admiral.az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, Fuad Poladov işdən çıxmaq haqqında ərizə təqdim etməyib.

 “Oktyabrın 26-da xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrındakı işindən istefa verməsi haqqında məlumatlar ölkə mediasında müxtəlif müzakirələrə səbəb olub. Yayılan xəbərlərə cavab olaraq bildiririk ki, medianın yazdığı kimi Fuad Poladov işdən çıxmaq haqqında ərizə təqdim etməyib, belə bir ərizə xalq artisti tərəfindən yazılmayıb.

Fuad Poladov teatrda hazırda fəaliyyətini davam etdirir. Xalq artisti İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və yaxud Boy çiçəyi” pyesi əsasında xalq artisti Azər Paşa Nemətin quruluşunda “Boy çiçəyi”, Ərşad Ələkbərovun quruluşunda “Müsyo İbrahim və Quran çiçəyi”, Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesi əsasında Azər Paşa Nemətin quruluşunda “Şah Qacar” tamaşasında çıxış edir.  Oktyabrın 28-də Fuad Poladov “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında çıxış edəcək. Bir daha xatırladırıq ki, hazırkı şəraitdə xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrı ilə əməkdaşlığı davam edir”.(teleqraf)