success closed Loading...

Qara Qarayevin qızının ustad dərslərinə start verilib - FOTO

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində İstanbul Teknik Üniversitesi İspirtohene Kultur və Sanat Merkezinin fortepiano kafedrasının rəhbəri, professor, görkəmli bəstəkar Qara Qarayevin qızı Züleyxa Bağırova ustad dərsləri keçirir.

İdarədən verilən məlumata görə, ustad dərsləri çərçivəsində oktyabrın 24-də Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbinin şagirdləri M.Əliyeva L.Van Bethovenin “Sonata”, F.Şopenin “Polonez”, J. Quliyeva İ. S. Baxın “YTK” Prelüd , M.Bağırova F.Şopenin “Bolero” əsərlərini ifa ediblər.

Qeyd edək ki, təşkil olunan dərslərdə oktyabrın 25-də Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri, 26-29-da isə Bakı şəhərinin müxtəlif uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak edəcəklər.

  • news detail
  • news detail
  • news detail